"Qarabağ"ın futbolçusu millisinə lazım olmadı

Sportarena.az      15 Noyabr 2018, 11:13

Futbol üzrə Cənubi Afrika Respublikası (CAR) yığma komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovunun formasını geyindiyi bu komanda D qrupunun son turu çərçivəsində səfərdə lider Seneqalla qarşılaşıb. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Dino bu oyunun iştirakçısı olmayıb. O, Seneqalla evdəki oyunda olduğu kimi, cavab görüşündə də sonadək ehtiyatda qalıb.

 

Onun komandası isə seçmə mərhələni 4 xalla 4 komanda arasında sonuncu pillədə başa vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin