Ulduz futbolçu huşunu itirdi, xəstəxanaya yerləşdirildi

13:19 15 Noyabr 2017

Futbol üzrə Argentina millisinin və "Mançester Siti"nin hücumçusu Serxio Aquero Krasnodarda yığmasının Nigeriya ilə keçirilən yoldaşlıq oyunu zamanı huşunu itirib.

 

Sportarema.az xəbər verir ki, hadisə "Krasnodar" şəhər stadionunun soyunub-geyinmə otağında baş verib. Birinci hissədə qol vuran hücumçu özünü pis hiss etdiyindən ikinci hissədə başqası ilə əvəzlənib.

 

Futbolçu Krasnodarın xəstəxanalarından birinə çatdırılıb və ona lazımı tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşıb.

 

Qeyd edək ki, yoldaşlıq oyunu Nigeriyanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti