DÇ-dən kənar qalan İtaliyanın zərəri açıqlandı - Fantastik rəqəm

17:16 15 Noyabr 2017

İtaliyanın DÇ-2018-ə vəsiqə qazana bilməməsi bu ölkənin iqtisadiyyatına da ciddi təsir göstərəcək.

 

Sportarena.az xəbər verir ki, İtaliya təxminən 1 milyard avro zərər edəcək. Bu barədə məlumatı İtaliyanın Milli Olimpiya Komitəsinin sabiq prezidenti Franko Karraro verib:

 

“Biz 500-600 milyon avroya yaxın vəsait itirdik. Hələ onu da nəzərə almaq lazımdı ki, dolayı itkiləri nəzərə almırıq. Dolayı itkiləri də nəzərə alsaq, zərər bir milyardı keçəcək. Dəqiqdi, bir milyardı ötəcək”.

 

İtaliya pley-offda iki oyunun nəticəsinə görə, İsveçə məğlub olub (0:0, 0:1).


Xəbər xətti