Klubu 36 yaşlı hücumçuyla müqaviləni artırdı

17:50 15 Noyabr 2017

İspaniyanın "Atletik" klubu futbolçusu Artis Adurizlə müqaviləni yeniləyib.
 
Sportarena.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Xəbərə görə, təcrübəli futbolçu 2019-cu ilin iyununa kimi "Atletik"in şərəfini qoruyacaq. 36 yaşlı hücumçunun sərbəst qalma qiyməti 40 milyon avro qoyulub.
 
Qeyd edək ki, "Atletik"in yetirməsi olan isaniyalı forvard bu mövsüm 19 oyuna 9 qol vurub.


Xəbər xətti