DÇ-2018: Səbətlər müəyyənləşdi

11:05 16 Noyabr 2017

DÇ-2018-in bütün səbətləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, mundiala vəsiqə qazana 32 komanda 4 səbətə bölünüb.

 

Birinci səbət: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa

 

İkinci səbət: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya

 

Üçüncü səbət: Danimarka, İslandiya, Kosta Rika, İsveç, Tunis, Misir, Seneqal, İran

 

Dördüncü səbət: Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Koreya, Səudiyyə Ərəbistanı

 

Qeyd edək ki, DÇ-2018-in final mərhələsinin püşkü dekabrın 1-i Moskvada - Kreml sarayında atılacaq.


Xəbər xətti