"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Atletiko" səhmlərinin 10-15 faizi satmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, israilli biznesmen İdan Ofer Madrid klubunun səhmlərinin 10-15 faizini almağa qərar verib. Bu barədə müqavilənin yaxın 48 saat ərzində açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Oferin səhmlər üçün 3 milyard dollar ödəyəcəyi iddia edilir.