AFFA-dan Mahmud Qurbanov açıqlaması

16:25 16 Noyabr 2017

Bu gün Mahmud Qurbanovun U-21 millinin baş məşqçisi, Aftandil Hacıyevin isə əsas onun köməkçisi vəzifəsinə təyil edildiyi barədə xəbər yayılıb. (Sportlife)

 

Bu barədə məlumatı dəqiqələşdirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Ələqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlaqdıq. Qurum rəsmisi Sportarena.az saytına açıqlamasında bunları dedi:

 

"Xeyr, belə bir şey yoxdur. Yığma komandalara baş məşqçi təyinatı ilin sonuna qədər gerçəkləşəcək. Hazırda heç bir milliyə baş məşqçi təyin edilməyib".

 

Firuz bəy məşqçilərin təyinatının İcraiyyə Komitəsi tərəfindən təsdiqlənəcəyini də bildirdi:

 

"Robert Prosineçkinin AFFA ilə müqaviləsi davam edir. Müqavilənin müddəti dekabrda bitəcək. Qurban Qurbanov millinin baş məşqçisi vəzifəsinin icrasına başlamayıb. Qurbanovun təyinatı İcraiyyə Komitəsi tərəfindən hələ təsdiqlənib. Amma başqa məşqçilərin milli komandalara təyinatı təsdiqlənməyib. Təsdiqlənənə qədər həvalələr ola bilər".

 

Heybət Məmmədov


Xəbər xətti