"Binə"nin prezidenti ittihamlara cavab verdi - "Həyatı boyu ola bilməz"

Sportarena.az      16 Noyabr 2018, 17:59

Bu yaxınlarda UEFA-dan AFFA-ya I Divizionda oyun alqı-satqısı ilə bağlı növbəti məktub daxil olub. Bu məktubdan sonra federasiya rəhbərliyi divizion klublarını bir araya toplayaraq onlara ciddi şəkildə xəbərdarlıq edib. UEFA-dan gələn məktubda adları şübhəli olan klubların və oyunların adları da göstərilib. AFFA hələ ki, bu siyahını məxfi saxlayır və ictimaiyyətə açıqlamır.

 

Sportarena.az xəbər verir ki, Rekord.az-a şübhəli bilinən oyunlardan ikisi haqda məlumat daxil olub. Söhbət 5-ci turun "Binə" - "Şüvəlan" və 7-ci turun "Binə" - "Turan Tovuz" qarşılaşmalarından gedir. Həmin oyunların nəticəsi UEFA-ya şübhəli görünür. 

 

Qeyd edək ki, avtoqolun da qeydə alındığı "Binə" - "Şüvəlan" matçında "Şüvəlan" 3:2 hesabı ilə qalib gəlmişdi. "Binə" - "Turan Tovuz" matçının son dəqiqəsində isə "Binə"nin qapıçısı cərimə meydançasından kənarda əllə oynayaraq birbaşa qırmızı vərəqə ilə meydançadan qovulmuş, bundan bir dəqiqə sonra isə "Turan Tovuz" fərqlənərək meydançadan 1:0-lıq qələbə ilə ayrılmışdı. 

 

Məsələ ilə bağlı qarşı "Binə"nin də mövqeyini öyrənmək qərarına gəldik. Klub prezidenti Teymur Həsənli Sportarena.az saytına açıqlamasında xəbəri təkzib etdi:

 

"Binə" tək klubdan ibarət deyil. Binə əhalisi, Binə azarkeşləri, ağsaqqaları, sahibkarları bizim klubumuzu dəstəkləyir, hərzaman arxamızdadılar. Bizim klubun adı belə söz-söhbətlərdə heç vaxt hallana bilməz. Biz son olaraq AFFA-da keçirilən futbolda olan neqativ hallarla bağlı iclasda tövsiyələri, tələbləri dinləmişik və AFFA-nın UEFA-da olan xüsusi nümayəndəsi Kamran Cəbrailov şifahi sorğumuzda bizə cavab verib ki, "Binə"nin adı indiyə qədər heç bir şübhəli oyunda çəkilməyib. İnşallah bundan sonra da heç vaxt çəkilməyəcək. Bizim qurduğumuz iş indiyə kimi belə olub və inşallah bundan sonra da belə davam edəcək".

 

Heybət Məmmədov

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin