UEFA Pedro Enrikenin cəzasını açıqladı

10:25 17 Noyabr 2017

UEFA-nın İntizam Komitəsi Çempionlar Liqasının 4-cü turunda səfərdə “Atletiko” ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulan “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrikenin cəzası açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, UEFA İntizam Komitəsi braziliyalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib. Bu o deməkdir ki, Pedro üçün Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. O, qrup mərhələsində Ağdam klubunun "Çelsi" ilə ev, "Roma" ilə səfər matçlarını tribunadan izləməli olacaq.

 

Qeyd edək ki, Enrike qrup mərhələsinin 4-ci turu çərçivəsində "Atletiko" ilə səfər qarşılaşmasının (1:1) 55-ci dəqiqəsində rəqib komandanın futbolçusu Dieqo Qiodinlə mübarizədə ona açıq ayaqla zərbə endirdiyinə görə, görüşün baş hakimi Dəniz Aytəkin tərəfindən bir başa meydandan uzaqlaşdırılmışdı.


Digər xəbərlər

Xəbər xətti