"Neftçi"nin qış planı müəyyənləşdi

Sportarena.az      17 Noyabr 2018, 10:41

"Neftçi" futbol klubunun qış hazırlıq planı müəyyənləşib. 

Sportarena.az xəbər verir ki, flaqman Bakıda və Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. 

2018-ci il yanvarın əvvəllərində Bakıda bir araya gələcək "ağ-qaralar" bir müddət fiziki hazırlıq üzərində çalışacaqlar. Yanvarın ikinci yarısında isə komanda üzvləri Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar. Antalyada texniki-taktiki tapşırıqlar üzərində çalışacaq "Neftçi"nin 5 yoxlama matçı keçirməsi də nəzərdə tutulub. Lakin hələlik toplanışın konkret tarixləri və rəqiblərin adları müəyyənləşməyib.

Qeyd edək ki, hazırda flaqman Topaz Premyer Liqasında 11 oyundan 13 xalla 5-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin