Sportarena.az
16 Dekabr 2017

Ronaldonun arzusu - 7 uşaq və 7 "Qızıl top"

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın ulduz futbolçusu Kristiano Ronaldo 7 uşaq və 7 "Qızıl top" sahibi olmaq istədiyini deyib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçu Fransanın "L'Equipe" nəşrinə açıqlamalar verib. O, ətrafında çox insan olduqda xoşbəxt olduğunu bildirib:

 

"Ətrafımda nə qə dər çox insan olarsa, bir o qədər xoşbəxt oluram. Uşaqsız həyat heç bir şeydir. 7 uşaq və o qədər də "Qızıl top" sahibi olmaq istəyirəm".

 

Təcrübəli hücumçu son zamanlar az qol vurması haqda da danışıb:

 

"Niyə az qol vurduğumu soruşan insanları tənqid etmirəm. Qəribə olan isə budu: Qol vurmayanda evə gedirəm və anam, oğlum, bacım məndən "Sənə nə olub?" deyə soruşurlar."

 

Yeni transferləri ilə güclü heyətə sahib olan PSJ haqda verilən suala cavab verən Ronaldo parislilərdən qorxmadığını deyib:

 

"PSJ-dən qorxmuruq. Biz Çempionlar Liqasının son qalibiyik. 2 il ardıcıl kuboku qazandıq. Bizə sayğı duyulmalıdı. Oynadığım müddətdə qazana biləcəyim bütün titulları qazanmaq istəyirəm".

Tarix
17.11.17 [12:56]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

16 Dekabr
15 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio