"Atletiko"da yeni müqavilə

15:37 17 Noyabr 2017

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Atletiko” forma sponsoru ilə yeni anlaşma əldə edib.

 

Sportarena.az xəbər verir ki, “Atletiko” “Plus500” kompaniyası ilə müqaviləni uzadıb. Yeni müqavilə 2021-ci ilə qədər qüvvədə olacaq. “Hindular” forma sponsordan hər il 15 milyon avro alacaqlar. Bundan əlavə, bonuslar da nəzərdə tutulub.

 

“Atletiko” bu kompaniya ilə 2015-ci ildən əməkdaşlıq edir.


Xəbər xətti