Sportarena.az
15 Dekabr 2017

Samir Abbasov: "Bacardığımız bu idi"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Qarabağ”a uduzan (0:2) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Abasov oyunla bağlı bunları deyib:

 

“Rəqibi təbrik edirəm. Azlıqda qalmalarına baxmayaraq, layiqli qələbə qazandılar. Yəqin nəyisə səhv etdik ki, uduzduq. Ümumiyyətlə, bu gün “Qarabağ” kimi komandaya qarşı oynamağa hazır olmadığımızı göstərdik. Bacardığımız bu idi. Rəqib bütün oyuna nəzarət etdi. Meydana uduzmaq üçün çıxmamışdıq. Mübarizə apardıq. Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi. Bəlkə də, rəqib 10 nəfərlə qaldıqdan sonra fərqli oyun sərgiləməli idik. Bu gün “Qarabağ” digər klubları aşkar üstələyir. Turnir cədvəlində onlardan çox da geri deyilik. Lakin oyunda onlardan aşkar geri qaldığımız meydanda göründü”.

Tarix
17.11.17 [20:56]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

15 Dekabr
14 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio