"Qarabağ" - "Sumqayıt" matçında kütləvi dava - VİDEO

10:35 18 Noyabr 2017

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” matçında kütləvi dava baş verib.

 

Sportarena.az xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin Ağdam təmsilçisinin fanatlarına qarşı təhqiramiz ifadələr işlətməsi səbəb olub.

 

Nəticədə tərəflər arasında dava düşüb. Məsələyə müdaxilə edən polis əməkdaşları “Qarabağ Ordusu” azarkeş qrupunun rəhbəri Ramiq Quliyevlə ağdamlıların rəsmi fan-klubunun rəhbəri Elvin Süleymanovu saxlayıb. Hər iki azarkeş Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb. (Yenicag)

 

 


Xəbər xətti