Paşayevin komandası “Şaxtyor”u məğlub etdi

10:53 18 Noyabr 2017

Futbol üzrə Ukrayna çempionatında 16-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Millimizin üzvü bu görüşün iştirakçısı olub. Paşayevin adı liderlə qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 15 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti