Ronaldinyo: "Messinin heç kimə borcu yoxdu"

11:26 18 Noyabr 2017

“Barselona”nın sabiq futbolçusu Ronaldinyo Lionel Messinin gələcəyi ilə bağlı qərarı sərbəst verməli olduğunu deyib.

 

Sportarena.az xəbər verir ki, Ronaldinyo Leonun “Barsa”nı tərk etmək istəyəcəyi təqdirdə, ona dəstək verəcəyini bildirib. O, Messinin heç kimə borclu olmadığını vurğulayıb:

 

“Messi mənim yaxın dostumdu. Ona həmişə xoşbəxtlik arzulamışam. Messi gələcəyi ilə bağlı seçim edərkən, ürəyinin səsinə qulaq asmalıdı. Leo başqa kluba keçmək barədə qərar qəbul etsə, mən ona dəstək verəcəm. Hətta “Barselona”nın səfiri olmağıma baxmayaraq. Messinin heç kimə borcu yoxdu. Amma onu da deyim ki, Messi “Barsa”da qalsa, xoşbəxt olaram”.


Digər xəbərlər

Xəbər xətti