"Çelsi" min biletdən imtina etdi, "Qarabağ" satışa çıxardı

13:51 18 Noyabr 2017

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin son ev oyununda “Çelsi” ilə matçın satışa çıxarılan biletlərin bitdiyi barədə məlumat vermişdik.

Sportarena.az xəbər verir ki, “Çelsi” onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib.  “Qarabağ” isə oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadır, satış məntəqələrinə yaxınlaşaraq biletlərinizi əldə edə bilərsiniz.

 

Satış məntəqələri: 
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)


Digər xəbərlər

Xəbər xətti