Ayxan Abbasov: "Bizi “Qarabağ”la çətin oyun gözləyir"

16:09 18 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Keşlə”ni məğlub edən (1:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Abbasov bunları deyib:

 

"Bizim üçün vacib qələbə idi. İki ardıcıl qələbədən sonra komandanı bu oyuna hazırlamaq asan deyildi. Futbolçular bu oyuna yaxşı köklənmişdilər. Rəqibin turnir cədvəlində vəziyyəti yaxşı olmasa da, onlarla oyun həmişə çətin olur. “Keşlə”ni yaxşı analiz etmişdik. Növbəti turda bizi “Qarabağ”la çətin oyun gözləyir. Həmin oyuna yaxşı hazırlaşmağa çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti