Ramiz Məmmədov: "Buraxdığımız qol planlarımızı pozdu"

16:22 18 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə “Zirə”yə məğlub olan (0:1) “Keşlə”nin baş məşqşisi Ramiz Məmmədov oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Məmmədov oyunla bağlı fikirlərini bildirib:

 

"Uşaqların oyunundan razı qaldım. Nizami Hacıyevin zədəsi olduğundan, ehtiyatda saxlamışdım. 90 dəqiqə oynamağa tam hazır deyil. İlk hissədə buraxdığımız qol planlarımızı pozdu. Ancaq uşaqlar qarşımıza qoyduğumuz tapşırığı 90 faiz yerinə yetirdi. Həmişə uşaqlara deyirəm ki, ilk qolu biz vurmalıyıq ki, oyun planımız pozulmasın".


Digər xəbərlər

Xəbər xətti