Şahin Diniyev istefa verdi

17:56 18 Noyabr 2017

"Kəpəz”in baş məşqçisi Şahin Diniyev istefa verib.

 

Sportarena.az  xəbər verir ki, Diniyev bu addımı ölkə çempionatının 12-ci turu çərçivəsində bu gün keçirilmiş “Səbail”lə oyundan sonra atıb. 51 yaşlı mütəxəssis evdə 2:3 hesablı məğlubiyyətin ardından təşkil edilən mətbuat konfransında istefa verdiyini açıqlayıb. Klub rəhbərliyinin onun istefasını qəbul edib-etməyəcəyi bəlli deyil.

 

Şahin Diniyev 2015-ci ildən "Kəpəz"i çalışdırırdı. Komanda cari mövsümdə 12 turdan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb.


Xəbər xətti