Futbolçularımız oynadı, "Qarabağ" uduzdu

Sportarena.az      19 Noyabr 2018, 11:20

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 18-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Amstetten”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Futbolçularımıza gəlincə, hər ikisi start heyətdə meydana çıxıb. Nağıyev 73-də əvəzlənibsə, Bədəlov sonadək oynayıb.

 

“Qarabağ” hazırda 30 xalla 17 komanda arasında 6-cı pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin