Qriqorçuk: "Əsas odu ki, 3 xal qazandıq"

19:20 19 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Neftçi”yə qalib gələn (3:2) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis matçla bağlı fikirlərini bildirib:

 

"Bu, turda son matç idi. Bizdən öncə əsas rəqiblərimiz turu 3 xalla başa vurmuşdular. Buna görə, bu gün qalib gəlməli idik. Oyundan razı qaldım. Əsas odu ki, 3 xal qazandıq. Bizim üçün vacib qələbə idi. Sevinirəm ki, bu gün qalib gəldik".


Xəbər xətti