Tərlan Əhmədov: "Təzə gələndə demişdim ki..."

19:47 19 Noyabr 2017

Topaz Premyer Liqasının 12-ci turunda evdə “Qəbələ”yə uduzan (2:3) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əhmədov oyunla bağlı fikirlərini bildirib:

 

"Maraqlı oyun alındı. Sürətli, yaxşı keçdi. Təəssüf ki, məğlub olduq. Bu da futbolun bir qanunudu. Təzə gələndə demişdim ki, məni narahat edən məsələlərdən biri komandanın tam hazır olmamasıdı. Həyəcan təbili çalınmışdı ki, hardasa laxlama olacaq. Ardıcıl iki məğlubiyyət göstərir ki, hazırlıq dövrü bizi ola bilsin hələ çox məyus etsin. Bu oyuna görə futbolçulara təşəkkür düşür. Səhvlərdən qollar buraxdıq. Rəqib futbolçuların fərdi keyfiyyətlərinin də təsiri oldu. Yaxşı oyunla məğlub olduq".


Digər xəbərlər

Xəbər xətti