Milimiz Gürcüstanı məğlub etdi

11:12 20 Noyabr 2017

Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq görüşünü keçirib.

 

Sportarena.az xəbər verir ki, gürcüstanlı həmyaşıdları ilə üz-üzə gələn millimiz 1:0 hesablı qələbə qazanıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.  


Digər xəbərlər

Xəbər xətti