12-ci turun bütün oyunlarını nə qədər azarkeş izlədi?

11:28 20 Noyabr 2017

Azərbaycan Premyer Liqasının 12-ci turunu stadiondan izləmiş azarkeş sayı məlum olub.

 

Sportarena.az xəbər verir ki, turda ən çox azarkeş Gəncədə qeydə alınıb. Şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Səbail” qarşılaşmasını (2:3) 9300 tamaşaçı tribunalardan izləyib. Ən az azarkeş isə “İnter Arena”da qeydə alınıb. 1750 azarkeş “Zirə”nin “Keşlə” üzərində minimal hesablı qələbəsinin canlı şahidi olub.

 

Digər oyunlardan Bakı Olimpiya stadionunda keçirilmiş “Qarabağ” - “Sumqayıt” matçını (2:0) 2000, 8-ci km stadionunda baş tutmuş “Neftçi” - “Qəbələ” qarşılaşmasını (2:3) isə 2500 azarkeş tribunalardan izləyib.

 

Ümumilikdə, turun 4 oyununu 15550 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 3887 tamaşaçı deməkdi.


Xəbər xətti