Sportarena.az
17 Dekabr 2017

Almeyda bir qolla iki "quş" vurdu

12 Punto 14 Punto 16 Punto 18 Punto

 

Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün 100-cü qolu vurulub. 

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley qolu turun açılış matçına təsadüf edib. “Qarabağ” - “Sumqayıt” görüşündə (2:0) hesabı açan Riçard Almeyda bu qolun müəllifi olub. Braziliyalı yarımmüdafiəçi 41-ci dəqiqədə fərqlənib. İlk 11 turda 99 qol vurulduğundan, yubiley 12-ci turda yaşanıb.

 

Bu top həm də Bakı Olimpiya Stadionunda vurulan ilk qol olub. Belə ki, Azərbaycanın ən böyük idman qurğusu ilk dəfə çempionat oyununu qəbul edib. Bununla da, Bakı Olimpiya Stadionu Azərbaycan çempionatları tarixində qarşılaşmalara ev sahibliyi edən 61-ci arena kimi tarixə düşüb. Belə ki, 25 illik tarixə malik yarışın matçları bunadək 60 müxtəlif stadionda baş tutmuşdu.

 

Xatırladaq ki, mövsümün ilk və 50-ci qollarını da “Qarabağ” vurmuşdu. Hər iki halda Mahir Mədətov fərqlənmişdi. O, avqustun 11-də “Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolun müəllifi olmuşdu. Eyni rəqiblərin 56 gündən sonra keçirilən matçında növbəti yubiley gerçəkləşib.

Tarix
20.11.17 [12:50]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio