UEFA 6 klubumuza pul göndərdi

14:13 20 Noyabr 2017

2016/17-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində həmin mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA pul köçürüb.

 

Sportarena.az xəbər verir ki, ayrılan maliyyə vəsaiti klubların hesabına AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb:

 

Zirə - 71 053.33
Keşlə (sabiq İnter ) - 71 053.33
Sumqayıt - 71 053.33
AZAL - 71 053.33
Neftçi - 71 053.33
Kəpəz - 71 053.33

 

Qeyd: “Kəpəz” və “Keşlə ” (sabiq İnter) klubları üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.


Digər xəbərlər

Xəbər xətti