Sportarena.az
17 Dekabr 2017

Keyhil: "Qarabağ"la görüşdə bizə qələbə lazımdır"

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"nin futbolçusu Qari Kehill "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının 5-ci tur matçı ərəfəsində açıqlamalar verib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi bildirib ki, İtaliya "Roma"sı ilə görüşlər "zadəganlar" üçün çətin keçib:

 

"İngiltərə Premyer Liqasında sürət yığmağa başladıqdan sonra yenidən Çempionlar Liqasına qayıdırıq. Bu da bizim üçün vacibdir. Xüsusən, ötən tur "Roma"ya 0:3 hesablı səfər məğlubiyyəti bizim üçün şok oldu. Bundan sonra yaradıcı oyun sərgiləyərək, Premyer Liqada ardıcıl 4 qələbə qazandıq. İndi isə hər şey öz əlimizdədir".

 

Kapitan "Qarabağ"la oyuna da qələbə üçün çıxacaqlarını açıqlayıb:

 

"Bilirik ki, "Qarabağ"la görüşdə bizə qələbə lazımdır. Bu halda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edəcəyik. Biz özümüzə əmin olmalıyıq".

 

Qeye edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 21:00-da başlayacaq.

Tarix
20.11.17 [16:37]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio