Baş məşçqçisiz qalan Superliqa klubu Prosineçkini istəyir

17:40 20 Noyabr 2017

Türkiyə Super Liqasının daha bir klubu millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, dünən baş məşqçisi Məsut Bakkalla yollarını ayıran “Gənclərbirliyi” klubu xorvat məşqçini komandanın “sükanı arxasında” görmək istəyir. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Bildirilir ki, komandanın baş məşqçi postuna Prosineçki ilə yanaşı, bir müddət öncə Rumıniya millisindən ayrılan Kristof Daumun da namizəd olduğu qeyd edilib.

 

Qeyd edək ki, "Gənclərbiriliyi" bu gün baş məşqçisi Məsut Bakkalı uğursuz çıxışa görə istefaya göndərib.

 

Xatırladaq ki, bu ilin əvvəllərində Super Liqanın digər təmsilçisi “Bursaspor” da Prosineçkinin xidmətində maraqlı olsa da, xorvat məşqçinin millimizlə müqaviləsi olması bu keçidə mane olmuşdu. 48 yaşlı mütəxəssis 2012-13-cü il mövsümündə Super Liqa təmsilçisi “Kayserispor”da çalışıb.


Digər xəbərlər

Xəbər xətti