Sportarena.az
17 Dekabr 2017

Konte: "Qarabağ" son iki oyunda əla çıxış edib"

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi”nin baş məşqçisi Antonio Konte İngiltərə mətbuatına “Qarabağ”la oyundan danışıb.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis matçın çətin keçəcəyini bildirib.  Konte Ağdam klubu üzərində qələbənin onların növbəti mərhələyə keçməsi üçün ən böyük şans olduğunu deyib:

 

“Qarabağ” üzərində qələbə qazansaq, bu möhtəşəm olacaq. Həm də bu qalibiyyət bizi növbəti mərhələyə daşıyacaq. Amma Azərbaycan klubu üzərində qələbə çox çətin başa gələcək. Çünki onlar son iki oyunda əla çıxış ediblər. “Atletiko” ilə 2 heç-heçə bunun sübutudur. Həmçinin “Roma” “Qarabağ”a çox çətinliklə qalib gəldi. Çox çalışmalıyıq”.

 

Qeyd edək ki, “Qarabağ” - “Çelsi” oyunu 22 noyabr saat 21:00-da başlayacaq. 

Tarix
20.11.17 [18:44]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio