Dino Ndlovu: "3-cülük şansımız varsa, sonadək mübarizə aparacağıq"

Sportarena.az      21 Noyabr 2018, 14:04

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, cənubi afrikalı hücumçu oyunun vacibliyinin fərqində olduqlarını deyib:

 

- Komandada hər kəs bu oyunun vacibliyini bilir. “Çelsi”yə çox böyük hörmətimiz var. Lakin ilk oyundakı nəticə “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah sona kimi mübarizə aparacağıq.

 

- Komandanın Avroliqaya çıxmaq şansı var. Bu, komanda üzərində əlavə təzyiq yaratmır ki? 
- Hər zaman növbəti oyuna köklənirik. Digər oyun barədə düşünmürük. Rəqib favoritdi. Buna görə, təzyiq altında onlar olmalıdılar. 3-cülük şansımız varsa, bunun üçün sonadək mübarizə aparacağıq. Yoxdusa, növbəti mövsümə köklənəcəyik.

 

- Premyer Liqada yaxşı oyununuzla seçilirsiz. Olimpiya stadionunda keçirilən son çempionat oyununda da gözəl qola imza atdız. Bu amil sizə “Çelsi” ilə oyunöncəsi əlavə motivasiya verir? 
- Qol önəmli deyil. Əsas komandana kömək edə bilməkdi. Bunu komandada hamı bilir. Bütün komanda da bunun üçün mübarizə aparır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin