Özil "Barselona" yolunda - "Arsenal" razılıq verdi

16:36 21 Noyabr 2017

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil karyerasını yenidən İspaniyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində “Barselona” maraqlıdı. Məlumata görə, “Barsa”nın prioritet məqsədi “Liverpul”un futbolçusu Filippe Koutinyonu transfer etməkdi. Bu transfer baş tutmasa, Kataloniya klubu Özili heyətə cəlb etməyi planlaşdırır.

 

“Barselona” rəhbərliyinin “Arsenal”la artıq əlaqə qurduğu da bildirilir. Məlumata görə, “Arsenal” qışda Özili “Barsa”ya 20 milyon avroya satmağa razılıq verib.


Xəbər xətti