"Qarabağ" "Çelsi"yə uduzdu - YENİLƏNİB

22:48 22 Noyabr 2017

Bu gün Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, C qrupunda mübarizə aparan qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək.

 

ÇL-ə iki ardıcıl məğlubiyyətlə başlayan Qurban Qurbanovun yetirmələri, daha sonra “Atletiko” ilə iki dəfə heç-heçə etdi. “Köhlən atlar” qrup mərhələsində son ev oyunundan da xalla ayrılmağı planlaşdırır. Təmsilçimizin Avroliqaya yollanmaq, hətta ÇL-də növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır. Ağdam klubu bu şanslardan ən azı birini davam etdirmək üçün bugünkü görüşdən ən azı xalla ayrılmalıdı.

 

“Çelsi” isə Bakıya qələbə üçün gəlib. Londonda keçirilən ilk qarşılaşmada “Qarabağ”ı darmadağın edən (6:0) “zadəganlar”, paytaxtımızdan 3 xalla ayrılacağı təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək.

 

Qarşılaşma saat 21:00-da başlayacaq.

 

Çempionlar Liqası, 5-ci tur: C qrupu.

22 noyabr

21:00 Qarabağ (Azərbaycan) - Çelsi (İngiltərə) 0:4

Qol: Eden Azar, 21. Villian, 36; 85.  Sesk Fabreqas, 73.

Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 (bir başa)

Hakimlər: Manuel De Souza, Alvaro Mesquita, Rikardo Santos, Nuno Pereyra 
Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Miqel Branko Qodinyo (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu

 

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

Çelsi: 13. Tibo Kurtua, 2. Antonio Rüdiger, 4. Markos Alonso, 4. Sesk Faberqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodriqes, 21. Davide Zappakosta, 22. Villian, 28. Sesar Aspilikueta (k), 30. David Luis

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkuoter, 9. Alvaro Morata, 14. Timoue Bakayoko, 24. Qari Keyhill, 27. Andreas Kristensen, 66. Dujon Sterlinq

Baş məşqçi: Antonio Konte


Digər xəbərlər

Xəbər xətti