"Qarabağ"ın gəncləri "Çelsi"yə uduzdu - YENİLƏNİB

16:59 22 Noyabr 2017

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri doğma meydanda “Çelsi”dən olan həmyaşıdları ilə qarşılaşacaq. Ötən turda səfərdə gözlənilmədən “Atletiko”nu məğlub edən (1:0) gənc “köhlən atlar” ev oyunundan da xalla ayrılmaq istəyir. Ağdam təmsilçisinin növbəti mərhələyə adlamaq şansı da qalır.

 

Qrup lideri olan “Çelsi” Bakıya 3 xal ardınca gəlib. London təmsilçisi paytaxtımızdan 3 xalla ayrılmaqla, növbəti mərhələyə vəsiqəni təmin etməyi planlaşdırır.

 

Bu komandalar arasında Londonda keçirilmiş ilk oyun “zadəganlar”ın 5:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Qarşılaşma saat 15:00-da “Azərsun Arena”da keçiriləcək.

 

UEFA Gənclər Liqası, 5-ci tur: C qrupu

22 noyabr

15:00 Qarabağ (Azərbaycan) - Çelsi (İngiltərə) 1:3

Qol: Yaroslav Deda, 50 - Martell Teylor-Krossdeyl, 61-p. Çarli Braun, 70. Corc Makİçran, 76

Hakimlər: Alper Ulusoy,  Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə), Orxan Məmmədov (Azərbaycan). 
Bakı. “Azərsun Arena”

 

Qarabağ: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 38. İbrahim Qədirzadə, 39. Zaur Fərzəliyev (K), 47. Əsgər Hüseynov, 51. Elçin Əsədov, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov, 80. Yusif Həsənov 

Ehtiyat oyunçular: 63. Əfqan Fərruxlu, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 37. Akif Hümbətzadə, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev

 

Baş məşqçi: Rəşad Sadıqov

Çelsi: 1. Martsin Bulka, 2. Mark Qei, 3. Jozef Kolli, 4. Etan Ampadu, 5. Koul Da Silva (K), 6. Billi Qilmor, 7. Karvi Seynt-Kler, 8. Corc Makİçran, 9. Martell Teylor-Krossdeyl, 11. Ceykob Meddoks, 12. Kollum Hadson-Odoi

Ehtiyat oyunçular: 13. Ceymi Kamminq, 14. Çarli Braun, 15. Tarik Uvakve, 16. Xuan Familio-Kastilyo, 17. Conatan Panzo

 

Baş məşqçi: Co Eduards


Digər xəbərlər

Xəbər xətti