“Zirvə”nin futbolçuları Xızı komandasına qalib gəldi - VİDEO

13:56 22 Noyabr 2017

Yeni yaradılan futbol üzrə üzrə “Zirvə” komandası artıq iki yaş qrupu üzrə Azərbaycan çempionatında – U-10 və U-12 liqasında mübarizəsini uğurla davam etdirir.

 

Sportarena.az xəbər verir ki, U-12 liqasının növbəti turu çərçivəsində Xızı ilə qarşılaşan “Zirvə” komandası 3-0 hesabı ilə qələbə qazanıb. Mövsümboyu qazanılan qələbələr və futbolçularımızın liqada ilk dəfə iştirak etməsinə baxmayaraq meydanda iddialı mübarizəsi “Zirvə”nin daha böyük uğurlar qazanmasına rəvac verir.

 

Arzu Nəsibovun sözlərinə görə, yeni istedadlı yeniyetmə futbolçuların komandaya cəlb edilməsi işini də davam etdirirlər.

 

Yeni mövsümdən etibarən “Zirvə”də komandaların sayının artımı da planlaşdırılır. Belə olacağı təqdirdə “Zirvə” adını daha bir neçə liqanın komandalar siyahısında görə biləcəyik.

 

 


Xəbər xətti