Sportarena.az
15 Dekabr 2017

"Neftçi"nin prezidenti Konte ilə görüşdü - Nələr müzakirə edildi? - FOTOLAR

12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılacaq “Çelsi” “Bakcell Arena”da məşq keçib.

 

Sportarena.az xəbər verir ki, “Neftçi” PFK-nın prezidenti Orxan Hüseynzadə və vitse-prezident Elnur Eyvazov “Bakcell Arena”da qonaq olan London klubunun katibi Devid Bernard və baş məşqçi Antonio Konte ilə görüşüb. Klub rəsmiləri akademiyalar arasında əməkdaşlıq perspektivləri haqda fikir mübadiləsi aparıblar.

 

Ölkəmizin ən qocaman klubunda uşaq futbolunun inkişafına xüsusi əhəmiyyət verildiyini qonaqların nəzərinə çatdıran Orxan Hüseynzadə “Neftçi” Futbol Akademiyasının istedadlı yetirmələrinin “Çelsi”də təcrübə toplaması üçün İngiltərə təmsilçisinin nümayəndələrinə təklif irəli sürüb. Devid Bernard prezidentin təklifini müsbət dəyərləndirərək bu cür əməkdaşlığın faydalı olacağını vurğulayıb.

 

“Neftçi”-nin vitse-prezidenti Elnur Eyvazov dünyaşöhrətli klubu qonaq etməkdən məmnunluğunu bildirib. Qonaqpərvərliyə görə təşəkkür edən Antonio Konte “Bakcell Arena”dakı məşqin təşkilindən razı qaldıqlarını söyləyib. Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

 




 
Tarix
22.11.17 [14:14]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

15 Dekabr
14 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio