Qırmızı vərəqə Şehiçə baha başa gəldi

14:50 22 Noyabr 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 12-ci turunun “Qarabağ” - “Sumqayıt”matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 30-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasının 12-ci turunun “Kəpəz” - “Səbail” matçında “Kəpəz” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu səbəbdən hər iki klub 800 manat cərimə olunur. Oyunun 5-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Dedimar Fereyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti