AFFA-dan divizion klublarına cəzalar

16:34 22 Noyabr 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizion ilə bağlı qərarlar qəbul olunub:

 

Birinci divizionun 9-cu turunun “Zaqatala” - “Turan Tovuz” matçının 45+1-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Mehman Hacıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Birinci divizionun 9-cu turunun “Şüvəlan” - “Xəzər” matçında “Şüvəlan”ın 4 , “Xəzər” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 9-cu turunun “Binə” - MOİK matçının 57-ci dəqiqəsində MOİK klubunun futbolçusu Cəmil Hacıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Oyunun 81-ci dəqiqəsində MOİK klubunun futbolçusu Qərib İbrahimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Oyunun 81-ci dəqiqəsində “Binə” klubunun futbolçusu Toure Morifere aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

Birinci divizionun 10-cu turunun “Binə” - “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 10-cu turunun “Zaqatala” - “Ağsu” matçının 34-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Təmraz Əmircanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Birinci divizionun 10-cu turunun “Mil-Muğan” - “Xəzər” matçının 73-cü dəqiqəsində “Xəzər” klubunun futbolçusu Məhəmməd Məhəmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Birinci divizionun 10-cu turunun “Qaradağ Lökbatan” - MOİK matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 90+4-cü dəqiqəsində MOİK-in futbolçusu Mehman Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti