"Qarabağ" - "Çelsi" matçına ehtimal heyətlər açıqlandı

16:50 22 Noyabr 2017

Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə çempionu “Çelsi”ni qonaq edəcək.

 

Sportarena.az xəbər verir ki, İngiltərə mətbuatı qarşılaşmadan əvvəl komandaların ehtimal heyətlərini açıqlayıb. “Təqaüdçülər”in “Qarabağ”la görüşə 3-4-3 taktiki sxemiylə çıxacağı proqnozlaşdırılır:

 

Tibo Kurtua, Sezar Azpilikueta, David Luis, Antonio Rüdiger, Davide Zappakosta, Markos Alonso, Nqolo Kante, Danni Drinkuoter, Villian, Pedro Rodriqes, Alvaro Morata.
 

“Qarabağ” isə gecəki qarşılaşmaya 4-1-4-1 taktiki sxemiylə çıxa bilər:

 

İbrahim Şehiç, Rəşad Sadıqov, Yakub Jezniçak, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Miçel, Mahir Mədətov, Dani Kintana, Dino Ndlovu.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Çelsi” matçı saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti