Ndlovu: "Çelsi"nin fanatıyam"

17:18 22 Noyabr 2017

“Qarabağ”ın hücumçusu Dino Ndlovu İngiltərə mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, cənubi afrikalı futbolçu həyatından danışıb. O, futbolu ilk oynamağa başladığı illəri xatırlayıb:

 

“Mən küçələrdə futbol oynamağa başladım. 16 yaşında peşəkar bir akademiyaya keçmək şansım var idi. Amma anam tək qalmaq istəmədiyi üçün bunu etmədim. Qardaşım da həmin vaxt mədəndə işləyirdi. Sonra daha bir şans yarandı. “Platinum Start” yarışmasında seçilənlərdən biri oldum. Lakin seçimdən sonra Yohannesburqa getməli idim. Bu məcburiyyət idi. Onlar məndə potensial görmüşdülər. Mən gənclər komandası üçün qollar vururdum. Artıq müqavilə təklif etmişdilər. Bu müddətdə qalacağım yer yox idi. Pulum da yox idi. Ona görə də qatar stansiyasının vanna otağında yatırdım. Heç peşman olmadım və müqavilədən sonra pul qazanmağa başladım. Birdən-birə pul qazanmaq məni özümdən çıxardı. Ancaq pul xərcləmək haqqında düşünürdüm və oyunuma fikir vermirdim. Nəticədə formadan düşdüm. Oyunuma fikir vermədiyim üçün klubum mənimlə müqavilə imzalamadı. 2011-ci ildə həyat yoldaşım da hamilə idi, pulum isə yox idi. Yeni addım atmaq lazımdı. Agentimlə danışdım və 2 gün sonra İsrailin "Bney Yehuda" klubuna keçdim.İsraildə çox şey qazandım və öyrəndim. 1,5 milyon avroya "Makkabi"yə (Hayfa) transfer oldum. Buna inana bilmirdim. Həyat mənim üçün yenidən başlamışdı”.

 

27 yaşlı forvard "Qarabağ"a gəlməmişdən öncə Ağdam təmsilçisini tanımadağını deyib:

 

"Qarabağ"ı tanımırdım. "Anortosis"də oynayanda mənimlə maraqlanırdılar. Türkiyənin "Antalyaspor" və "Gənclərbirliyi" və Yunanıstan klublarının da hədəfində idim. Ancaq mən titullar qazanmaq üçün "Qarabağ"ı seçdim. Cənubi Afrikada kimdən futbolçu üçün ən böyük arzu nə olduğunu soruşsanız "Avropada çıxış etmək, ÇL-də oynamaq və millinin üzvü olmaq" cavabını deyəcək. Möhtəşəm hisslərdir. Bu hissləri supermarketdən ala bilmərsiniz".

 

Dino "Çelsi" azarkeşi olduğunu deyib:

 

"Oyununu izlədiyim ilk komanda "Barselona" olub. Daha sonra "Çelsi"nin fanatı olmuşam. Didye Droqba kimi afriaklını favorit komandamda görəndə sevinirdim".


Digər xəbərlər

Xəbər xətti