Yunis Hüseynovun Mahmud Qurbanov planı - ÖZƏL

18:14 22 Noyabr 2017

Yunis Hüseynovun "Kəpəz"ə baş məşqçi təyin edildiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, cari mövsümdə uğursuzluğa düçar olan Gəncə klubunun rəhbərliyi əslən bu şəhərdən olan birinə güvənməklə vəziyyəti tamamilə dəyişmək istəyir. Elə Hüseynov da bu fikirlə "Kəpəz"də işləməyə razılıq verib.

 

Əldə etdiyimiz məlumata görə, Yunis bəy "Kəpəz"i ilk növbədə gəncəli azarkeşlər üçün doğmalaşdırmaq və burada çalışan şəxslərin məsuliyyətini artırmaq istəyir. O, ilk iş olaraq bu bölgədən olan sabiq futbolçuları komandaya ə kluba gətirilməsini istəyir. Klub rəhbərliyi də onun bu qərarını müsbət qarşılayıb. Bu məqsədlə qış fasiləsi zamanı bu işləri reallaşdıracaq.

 

Yunis Hüseynovun hədəfində olan ilk şəxsin adı artıq bizə bəllidir. O, Mahmud Qurbanovu "Kəpəz"ə qazandırmaq istəyir. Bu məqsədlə Qurbanova iki təklif irəli sürüb - ya məşqçilər korpusunda, ya da aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışmaq. "Proffessor" ləqəbli sabiq yarımmüdafiəçi bu təklifə isti yanaşıb. Ancaq bu, Mahmud bəyin "Kəpəz"də işləməsi anlamına gəlmir.

 

Qurbanovun adının U-21 millimizə namizəd məşqçilər siyahısında yer alması bu prosesi yubadır. Onun milli komandanın məşqçilər korpusunda qalıb işləyəcəyi də ehtimal edilir. Əgər Qurban Qurbanov həmsoyadı ilə işləmək istəməsə, o zaman Yunis Hüseynovun arzusu reallaşacaq.


Digər xəbərlər

Xəbər xətti