Aftandil Hacıyev: "Uşaqlar əllərindən gələni etdilər"

18:30 22 Noyabr 2017

“Qarabağ"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında "Çelsi" ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın gənclərini oyuna baş məşqçi kimi çıxaran Aftandil Hacıyev matçla bağlı fikirlərini bildirib:

 

“İlk hissəni planlaşdırdığımız kimi keçirdik. İkinci hissədə rəqib önə keçəndə oyun sistemini dəyişdik. Bu, planımızda yox idi. Qol epizodlarımız oldu. Nəticə bizi razı salmasa da, yaxşı oyun sərgilədik. Amma daha yaxşı nəticə gözləyirdik. Ən azı uduzmamağı gözləyirdik. Uşaqlar əllərindən gələni etdilər. Avropanın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Nəticəyə görə məyusuq. Bəzi futbolçuların diqqətsizliyinə görə məğlub olduq. Hər oyun bizim üçün təcrübədi. "Roma" ilə matçda belə olacaq. İlk dəfədi ki, bu turnirdə çıxış edirik. Hər oyunda maksimum nəticə üçün çalışırıq. "Roma" ilə də layiqli oyun nümayiş etdirməyə çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti