Elmar Məmmədyarov: "Qarabağ"ın əziyyətinə heyfim gəldi"

10:35 23 Noyabr 2017

Azərbaycanın xarici işlər naziri, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçirilmiş oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, nazir digər sualları da cavablandırıb:

 

- "Qarabağ" çox yaxşı çıxış etdi. Mən komandamızın oyunundan razıyam. Heyf ki, referi 20-ci dəqiqədə oyunu tam dəyişdi. Buna görə də "Qarabağ"ın əziyyətinə heyfim gəldi.

 

- 3 oyundu ki, "Qarabağ" əleyhinə penalti təyin olunur. Bunu Azərbaycan komandasının sıxışdırılması kimi də dəyərləndirmək olar?
- Bayaq bu barədə AFFA-nın baş katibi Elxan Məmmədovla da söhbət edirdik. Hesab edirəm ki, futbolçular FİFA-nın yeni qaydalarından xəbərdar olmalıdılar. Biri deyir ki, Rəşad Sadıqov sonuncu ümid folu kimi rəqibin hücumunun qarşısını alıb. Digəri deyir ki, buna görə qırmızı vərəqə düşmür. Ardıcıl üçüncü oyunda qırmızı vərəqə almaq o deməkdi ki, gərək bu məsələyə diqqətlə yanaşaq.

 

- Ortada "Qarabağ" adı var. Bu səbəbdən, ardıcıl qırmızı vərəqələr məqsədli şəkildə verilə bilər?
- Bunu demək çətin məsələdi. Məqsədli edilib-edilmədiyini deyə bilmərəm. Amma bunlar o deməkdi ki, "Qarabağ” və Azərbaycanın digər komandaları oyuna ikiqat diqqətlə yanaşmalıdılar.

 

- "Qarabağ"ın Çempionlar Liqasında oynaması Azərbaycanın xarici siyasətinə nə dərəcədə təsir göstərir?
- Çox böyük. "Qarabağ"ın oyunu hər yerdə işıqlandırılır. Bu da ölkəmiz üçün çox önəmlidi. İnanıram ki, növbəti illərdə "Qarabağ"dan əlavə, digər klublarımız da Çempionlar Liqasında iştirak edəcəklər.

 

- Düşünmək olarmı ki, "Qarabağ"ın Azərbaycanı təmsil etməsi Ermənistana bir zərbədi?
- Məsələni siyasiləşdirirsiniz? (gülür - red.) Bu, futboldu. Yenə deyirəm: "Qarabağ"ın oyunu göstərir ki, Azərbaycan futbolu daha da inkişaf edir.


Digər xəbərlər

Xəbər xətti