Hazard: "Qarabağ" hesabı açsaydı..."

Sportarena.az      23 Noyabr 2018, 12:38

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda Bakıda “Qarabağ”ı 4:0 hesabıyla məğlub edən “Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, matçda komandasının qələbəsinə bir qolla töhfə verən belçikalı futbolçu klubun saytına açıqlamasında “Qarabağ”ın hesabı açacağı təqdirdə, hər şeyin fərqli ola biləcəyini deyib:

 

“Hər şeyi yaxşı etdik. “Qarabağ” oyunda hesabı açsaydı, bəlkə də, hər şey daha fərqli ola bilərdi. Ancaq biz yaxşı oyun sərgiləyərək 4 qol vurmağı bacardıq. Daha çox qol vura bilərdik, lakin bu nəticədən də razıyam”.

 

Xatırladaq ki, Hazard oyunda ilk qolun müəllifi olub. O, penaltidən fərqlənib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin