Donald Gerye: "Hakim bizi "öldürdü"

13:19 23 Noyabr 2017

“Bu durum bizi məyus edir. Həmçinin hakim də bizi "öldürdü". Artıq baş verdi və keçdi. Çalışacağıq ki, bunu unudaq və növbəti oyunlara baxaq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Donald Gerye deyib. Çempionlar Liqası V turunda "Qarabağ" "Çelsi" ilə qarşılaşıb. Bakı Oliimpiya Stadionunda keçirilən matçda qonaqlar böyükesablı qələbəyə sevinib - 4:0.

 

Haitili vinger oyun barədə danışıb:

 

"Baş verənləri qəbul edə bilmirik. Harada penalti var idi? Mən orada penalti görmədim. Hakim haqsızlıq etdi. Əminəm ki, əgər belə epizod “Qarabağ”ın leyhinə olsaydı, hakim ağ nöqtəni göstərməyəcəkdi. 11 metrlik cərimə zərbəsi oldu, çünki bu, “Çelsi”dir. Bu futbodu, hər şey ola bilər. Artıq bu hadisələr baş verdi, məşqlərə başlayıb növbəti matç haqda düşünməliyik". 

 

Gerye oyundan sonra rəqib futbolçularla forma dəyişdirib-dəyişdirmədiyi haqda da danışıb:

 

“Çelsi” futbolçuları ilə danışmadım, ümumiyyətlə heç kimlə ünsiyyət qurmadım. Qalib gələndə əhvalım yaxşı olur, ancaq məğlub olduqda heç kimlə kəlmə kəsmək istəmirəm. Heç bir futbolçu ilə forma dəyişmədim, mənim menatlitetimdə uduzduqda forma dəyişmək yoxdur. Fərq etməz bu “Çelsi” olsun, ya da başqa komanda".

 

28 yaşlı oyunçu öz performansı haqda sualları cavablandırarkən bunları deyib:

 

"Düşünürəm ki, yaxşı oynamadım. Ancaq məşqçinin təyin etdiyi yerlərdə oynaya bilərəm. Sağ, ya da sol cinah mənim üçün fərq etməz. Lakin mən hücumda oynayıram, müdafiə mənim mövqeyim deyil. Yenə də nə lazım idisə etdim. Məşqçinin mənə dediklərini yerinə yeriməyə çalışdım və komandaya kömək olmaq istədim. Bəzən hücumameyilli futbolçular müdafiədə də oynaya bilir. Mən sonuncu dəfə müdafiədə 19-20 yaşlarımda oynamışam, bu səbəbdən bir qədər çətinlik çəkirəm. Bura gəldikdən sonra müdafiədə bir neçə oyuna çıxmışam". 

 

Son olaraq Gerye "Roma" ilə görüş haqda danışıb:

 

"Növbəti oyun bizim üçün çətin olacaq. Səfərdə oynayırıq. Vacib futbolçularımız yoxdu. Çətinlik çəkəcəyik, ancaq əlimizdən gələni edəcəyik".


Digər xəbərlər

Xəbər xətti