Millimizin xalı artsa da.. - Reytinq açıqlandı

14:43 23 Noyabr 2017

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi reytinq siyahısında 2 pillə geriləyib. Düzdü, yığmamız 9 xal qazanaraq, hesabındakı 272 xalı 281-ə çatdırıb. Ancaq əvəzində millimiz siyahıda 2 pillə geriləyərək 117-ci olub. Son siyahıda komandamız 115-ci idi.

 

Yeni siyahıda KXDR, Qırğızıstan və Bəhreyn xal ehtiyatını artırmaqla millimizi geridə qoyub.

 

Millimiz və qonşuları:

112 (114) Türkmənistan - 292
113 (108) Sent-Kitts və Nevis - 291
114 (132) KXDR - 283
115 (125) Bəhreyn - 282
115 (120) Qırğızıstan - 282
117 (115) Azərbaycan - 281
118 (116) Filippin - 280
119 (129) Namibiya - 274
120 (118) Ruanda - 269
121 (112) Yəmən - 268
122 (122) Yeni Zelandiya - 267

 

İlk 10 yer:

1 (1) Almaniya - 1602
2 (2) Braziliya - 1483
3 (3) Portuqaliya - 1358
4 (4) Argentina - 1348
5 (5) Belçika - 1325
6 (8) İspaniya - 1231
7 (6) Polşa - 1209
8 (11) İsveçrə - 1190
9 (7) Fransa - 1183
10 (9) Çili - 1162...

42 (33) Türkiyə - 735


Digər xəbərlər

Xəbər xətti