"Kəpəz"də ciddi itkilər

15:34 23 Noyabr 2017

Noyabrın 25-də doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz" bu oyuna itkilərlə hazırlaşır. 

 

Sportarena.az xəbər verir ki, komandanın heyətində zədəlilər var. "Səbail" ilə matçda dizi burxulan Viktor Oseqeyl məşqlərdə iştirak etmir. Məhəmməd Qurbanovun da ayağında ağrılar var. Oseqeyldən fərqli, hazırlıq prosesinə qatılan yarımmüdafiəçi köhnə zədəsini yeniləyib.

 

Zədəlilərin fonunda məşqçilər korpusunu sevindirən məqam Ceyhun Cavadovun sağalmasıdı. Soyuqdəymə səbəbindən ötən turu buraxan yarımmüdafiəçi məşqlərdə səylə çalışır.


Digər xəbərlər

Xəbər xətti