Robben: "Ola bilsin, karyeramı bu mövsüm bitirim"

18:28 23 Noyabr 2017

"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robben gələcək planı barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, "Bild" nəşrinə açıqlamasında holland futbolçu bunları deyib:

 

"Ola bilsin, karyeramı bu mövsüm başa çatan kimi bitirim. Bəlkə də, məni yeni bir şey gözləyir və "Bavariya"da daha 3 il oynaram. Hər şey mümkündür. Sadəcə olaraq növbəti oyuna baxıram. Daha irəli boylanmaq istəmirəm. Yüksək səviyyədə mümkün qədər çox oynamaq və futboldan həzz almaq istəyirəm. Bunun nə qədər davam edəcəyini deyə bilməyəcəm".


Digər xəbərlər

Xəbər xətti