"Roma" - "Qarabağ" matçının biletləri satışda

21:12 23 Noyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Roma"yla səfər matçını stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini sabahdan etibarən Ağdam klubunun bazasından ala bilərlər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. "Köhlən atlar"ın ÇL-in cari mövsümündə son matçını stadiondan canlı izləmək istəyən azarkeşlər həftə içi hər gün, saat 10:00-dan 18:00-a qədər "Qarabağ"ın bazasından matçın biletini ala bilərlər. Biletləri almağa gələnlər özüylə xarici pasport da gətirməlidilər.

 

Ödənişlər yalnız avroyla həyata keçirilir. Bir biletin qiyməti 40 avrodu. 


Digər xəbərlər

Xəbər xətti