Məhkəmədən Robinyo üçün şok qərar - 9 il azadlıqdan məhrum edildi

10:16 24 Noyabr 2017

Braziliya yığmasının, eləcə də Madrid “Real”ı ilə “Milan”ın sabiq futbolçusu Robinyo 9 il  müddətinə azadlıqdan məhrum edilib.

 

Sportarena.az xəbər verir ki, o, qrup şəklində zorlamada ittiham olunur. Sözügedən hadisə 2013-cü ildə, yanvarın 22-də Milan şəhərində baş verib. Robinyo və daha beş nəfər Albaniyadan olan 22 yaşlı bir qıza qrup şəklində təcavüz ediblər.

 

Bu gün Milan məhkəməsi 33 yaşlı futbolçunu və digər 5 nəfərlə bağlı qərarını açıqlayıb. Onların hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Robinyonun son klubu Braziliyanın "Atletiko Mineyro" klubu olub. O, daha öncə ölkəsinin "Santos" klubunda, eləcə də "Real" (İspaniya), "Mançester Siti" (İngiltərə), “Milan” (İtaliya) və "Quançjou Everqrand" (Çin) komandalarında oynayıb. Ulduz hücumçu Braziliya yığmasında 100 oyun keçirib, 28 qol vurub.


Digər xəbərlər

Xəbər xətti